2022-ci il ərzində əsas strateji məqsədlərdən biri kimi yerli maliyyə bazarlarının inkişafının dəstəklənməsi istiqamətində də mühüm addımlar atılıb.
Bu barədə nazir Samir Şərifov qurumda keçirilmiş kollegiya iclasında məlumat verib.
Onun sözlərinə görə, 01 iyul 2018-ci il tarixi ilə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi 3,4 milyard manat artırılaraq 2023-cü ilin əvvəlinə 4,2 milyard manata çatdırılıb, bu dövr ərzində dövriyyədə olan dövlət qiymətli kağızlarının ÜDM-ə nisbəti 1,0 faizdən 3,1 faizədək artırılıb. Strategiyanın təsdiq olunduğu dövrdə yalnız qısa (1 illik) və ortamüddətli (2 illik və 3 illik) dövlət qiymətli kağızları yerləşdirildiyi halda, son dövrdə daha uzunmüddətli, yəni dövriyyə müddəti 5 və hətta 7 illik dövlət istiqrazlarının yerləşdirilməsi təmin edilmiş və bununla da dövlət istiqrazları üzrə orta geri ödəniş müddəti Strategiyanın icrası dövründə əhəmiyyətli dərəcədə artırılmışdır. Bununla yanaşı, yeni institusional və korporativ investorların, habelə fiziki şəxslərin cəlb edilməsi ilə dövlət istiqrazlarının investor bazası genişləndirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!