Azərbaycanda dövlət xətti ilə 34 mln. manat ipoteka krediti verilib | Banco.az

Azərbaycanda dövlət xətti ilə 34 mln. manat ipoteka krediti verilib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan bankları İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 33,8 mln. manat kredit verib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,75% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə İpoteka və Kredit Zəmanət Fonduna dövlət büdcəsindən 50 mln. manat vəsait ayrılıb. Fond özü isə 35 mln. manatlıq istiqraz buraxıb və bu, illik müqayisədə 16,7% çoxdur. 

Ən sərfəli krediti almaq üçün müraciət et