Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb | Banco.az

Azərbaycanda dollar bahalaşıb, avro ucuzlaşıb

Bu gün avqustun 26-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə bir qədər möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 27-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0008 manat və ya 0,08% artaraq 1,0475 manata yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0174 manat və ya 0,44% azalaraq 1,1885 manat olub.

Manata nəzərən Rusiya rublu 0,0001 manat və ya 0,66% bahalaşaraq 0,0152 manat olub.