Azərbaycanda bu bankların qiymətli kağızlara investisiyaları 1 milyard dollardan çoxdur | Banco.az

Azərbaycanda bu bankların qiymətli kağızlara investisiyaları 1 milyard dollardan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il yanvarın 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.

Bunlar "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank" və "Premium Bank" ASC-lərdir.

Digər 22 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 3-də investisiyaların məbləği 1 milyard manatdan çoxdur. Bunlar "PAŞA Bank" (1 763,754 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (1 363,516 milyon manat) və "Kapital Bank" (1 113,589 milyon manat) ASC-lərdir.

Qiymətli kağızlara investisiyaların məbləği 1 bankdan 100 milyon manatdan 1 milyard manata qədər, 14 bankda 10-100 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan azdır. 

renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram