Banklararası ödəniş sistemlərində xidmət haqqı 2 dəfə azaldılır | Banco.az

Banklararası ödəniş sistemlərində xidmət haqqı 2 dəfə azaldılır

Bu il oktyabrın 1-nə qədər Azərbaycanda banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqlarının 50%-ə qədər endirilməsi və bank müştərilərinə göstərilən ödəniş xidmətləri üzrə tariflərin analoji qaydada azaldılması, eləcə də sahibkarların ödəniş kartlarının qəbulu üzrə tariflərinin 50%-ə qədər endirilməsi tədbirləri nəzərdə tutulur.

Məlumata görə, bu qərar iqtisadi aktivliyin azalması, biznes və ev təsərrüfatlarının gəlirlərinin aşağı düşməsinin ödəniş xidmətlərindən istifadə göstəricilərinə mənfi təsir etməsi nəzərə alınaraq nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və xərclərin azaldılması məqsədilə qəbul edilib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et