Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari il oktyabr ayının 1-nə Azərbaycanda bank müştərilərinin sayı 14 milyon 340 min 385 nəfər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bank müştərilərinin sayı illik müqayisədə 6,4% və ya 857 min 323 nəfər artıb.
Bu, 1 ay əvvəllə müqayisədə isə 125 min 127 nəfər və ya 0,8% çoxdur.
Qeyd edək ki, hesabat dövrünə müştəri hesablarının sayı isə 37 milyon 439 min 220 ədəd olub. Bu da 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətdə 20,8% çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!