Azərbaycanda bağlanmış 4 bankın əmanətçilərinə 42 mln. manat kompensasiya ödənilib | Banco.az

Azərbaycanda bağlanmış 4 bankın əmanətçilərinə 42 mln. manat kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

"Report" ADİF-ə istinadən xəbər verir ki, “Parabank”ın əmanətçilərinə 16,6 mln. manat, “Zaminbank”ın əmanətçilərinə 19,2 mln. manat, “Kredobank”ın əmanətçilərinə 4,3 mln. manat, “Dekabank”ın əmanətçilərinə isə 2,1 mln. manat kompensasiya ödənilib. Ümumilikdə, 4 bank üzrə 42,2 mln. manat ödəniş edilib. Bu, ödənilməli olan məbləğin təxminən 38%-ni təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, kompensasiya almaq üçün “Dekabank”, “Kredobank” və “Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, “Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər.