Böyük Britaniyanın "London loves Business" nəşri yüksək texnologiyaların ixracındakı artıma görə Avropa ölkələrinin siyahısını tərtib edib.
Nəşr hansı ölkələrin daha böyük artım göstərdiyini araşdırmaq məqsədi ilə Dünya Bankının yüksək texnologiyaların ixracatı üzrə 10 illik məlumatlarını təhlil edib.
Agentliyin məlumatına görə, Azərbaycan 41,1% orta illik artım tempi ilə ikinci yerdədir. 2006-cı ildə ixrac 9073107 dollar həcmində olubsa, 2016-cı ildə bu göstərici 9132464 dollar təşkil edib. Azərbaycanın 2016-cı ildə ixracatının 49,9%-i Avropa ölkələrinə, 46,4%-i isə Asiya idxalatçılarına çatdırılıb.
"World Factbook" Mərkəzi Kəşfiyyat Agentliyinin hesablamalarına əsasən, Azərbaycandan ixrac olunan məhsullar və xidmətlər Azərbaycanın ümumi istehsalının 45,9%-ni təşkil edir.
Yüksək texnologiyalı məhsulların ixracı üzrə ən yüksək orta illik artım göstəriciləri həmçinin reytinqin lideri Albaniyada və Monteneqrodadır.
report.az