Azərbaycan və ICCD islam maliyyəsi ilə bağlı perspektivləri müzakirə edib | Banco.az

Azərbaycan və ICCD islam maliyyəsi ilə bağlı perspektivləri müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və İslam Ticarət və İnkişaf Palatası (ICCD) arasında ölkədə islam maliyyəsi ilə bağlı perspektivlər müzakirə edilib.

Bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Ən sərfəli kredit üçün müraciət et

"ICCD-nin baş katibi və Albaraka Banklar Qrupunun baş icraçı direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdən məmnun olduq. Görüşdə Azərbaycanın bank sektoru ilə potensial əməkdaşlıq imkanları, ölkədə islam maliyyəsi sahəsində görülən işlər və perspektivlər ətrafında fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.