Bu kreditlərin təxminən 60%-i sərf olunub.
Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq başlayandan ümumi məbləği 3,786 milyard olan kredit sazişi bağlanıb.
Xəbər verilir ki, bu barədə DB-nın saytında yerləşdirilmiş 2014-cü ilin birinci yarım ili üçün hesabatda bildirilib.
Məlumata müvafiq olaraq, vəsaitin 70%-i (2,658 milyard dollar) Beynəlxalq rekonstruksiya və inkişaf bankının (BRİB) ayırdığı kreditlərin, 29,8%-i (1,128 milyard dollar) Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) payına düşür.
Ləğv edilmiş vəsaitin ümumi məbləği 199,08 milyondan ibarət olub, bu isə ölkədə bank portfelinin 5,3%-nə bərabərdir.
Bu gün üçün DB-nın mənimsənilmiş vəsaiti 2,232 milyarddan ibarətdir, bu məbləğin 1,254 milyardı (56,2%) BRİB-in payına, 978,28 milyon (43,8%) BİA-nın payına düşür.
1,8 milyard dollar vəsaitin ayrılması üçün hazırlıq işi davam edir.
Hal-hazırda DB tərəfindən Azərbaycanda 28 maliyyələşdirilən cari layihə mövcuddur. Bundan başqa, 39 layihə bağlanıb, 6 layihə ləğv edilib və 2 layihə hazırlıq mərhələsindədir.
Azərbaycan 1992-ci ildən DB-nın üzvüdür.
Oxu.Az