Azərbaycan Qazaxıstana qeyri-neft məhsullarının ixracını azaldıb | Banco.az

Azərbaycan Qazaxıstana qeyri-neft məhsullarının ixracını azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan cari ilin yanvar-fevral aylarında Qazaxıstana 7 milyon 272 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 12 milyon 133 min dollar və ya 62,5% azdır. 

Ötən ilin eyni dövründə Qazaxıstana ixrac edilən qeyri-neft məhsullarının dəyəri 19 milyon 405 min dollar təşkil edib. 

Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (154 milyon 401 min dollar). 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et