Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 9%-dək artıb | Banco.az

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 9%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin 1 mart tarixinə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 32 milyard 2.5 milyon manat təşkil edib.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyard 599.6 milyon manat və ya 8.8% çoxdur. 

Qeyd edək ki, 2025-ci ilin mart ayının 1-i tarixinə ölkə iqtisadiyyatına kredit qoyuluşları 29 milyon 402.9 min manat təşkil edirdi. Kredit qoyuluşları 1 ay əvvəllə müqayisədə isə 0.4% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram