"Azərbaycan İnvestisiya Şirkəti"nin investisiya portfelinin dəyəri məlum olub | Banco.az

"Azərbaycan İnvestisiya Şirkəti"nin investisiya portfelinin dəyəri məlum olub

2022-ci ilin sonuna İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (AİŞ) investisiya portfelinin dəyəri və qərar verilmiş investisiyaların məbləği 240,3 milyon manat təşkil edib.

Bunu naziri Mİkayıl Cabbarov bildirib. Onun sözlərinə görə, həmin məbləğin 76 %-i ağır sənayeyə, 13 %-i qida sənayesinə, 3 %-i "yaşıl iqtisadiyyat"a, 8 %-i isə digər sahələrə yönəldilib.

Nazirin sözlərinə görə, AİŞ-in fəaliyyətinin səmərəliliyinin artırılması qarşıdakı hədəflərimizdən biridir. Ötən il şirkətin əməliyyat xərcləri optimallaşdırılıb, əsas investisiya alt-portfeli və likvidlik alt-portfeli üzrə gəlirlilik göstəriciləri artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et