Azərbaycan əhalisinin sayı 25 min nəfərə yaxın artıb | Banco.az

Azərbaycan əhalisinin sayı 25 min nəfərə yaxın artıb

2025-ci ilin yanvar-avqust aylarında əhalinin sayı 24611 nəfər və ya 0,24 faiz artaraq 2025-ci il sentyabr ayının 1-i vəziyyətinə 10249500 nəfərə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Cari ilin səkkiz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63698 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,3-ə düşmüşdür.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olmuşdur. Doğulan körpələrdən 2152-si əkiz, 78-i isə üçəm olmuşdur.