Azərbaycan əhalisi 8 aya 24 milyard pul qazanıb | Banco.az

Azərbaycan əhalisi 8 aya 24 milyard pul qazanıb

Vətəndaşların sərəncamında qalan gəlir əvvəlki ildəkinə nisbətən artıb.

2014-cü ilin yanvar-avqust aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 24,0 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi 2559,9 manat təşkil etmişdir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 2,4 faiz bəndi üstələyərək 3,8 faiz olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Bu dövr ərzində gəlirlərin 70,2 faizi son istehlaka, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 18,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.

Əhalinin sərəncamında qalan gəlir 21,8 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,6 faiz artmışdır.

Oxu.Az