"Azərbaycan Dəmir Yolları" mobil tətbiqini istifadəyə verəcək | Banco.az

"Azərbaycan Dəmir Yolları" mobil tətbiqini istifadəyə verəcək

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yaxın aylarda mobil tətbiqini istifadəyə verməyi planlaşdırır.

Bunu səhmdar cəmiyyətinin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova bildirib.

Onun sözlərinə görə, bu, sərnişindaşımada keyfiyyətin və müştəri məmnuniyyətinin artırılması istiqamətində atılan addımlardan biridir.

Bu ilin I yarısında Azərbaycanda dəmir yolları ilə 3 milyon 230 min 728 nəfər sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52 % çoxdur.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et