Azərbaycan banklarının xarici öhdəlikləri azalıb | Banco.az

Azərbaycan banklarının xarici öhdəlikləri azalıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi aprelin 1-nə 7 310,9 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verilir ki, bu, martın 1-nə olan göstərici ilə müqayisədə 200,4 mln. manat və ya 2,67% azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə isə kommersiya banklarının xarici öhdəlikləri 124,5 mln. manat və ya 1,67% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

"Report"un analitik qrupu hesab edir ki, kommersiya banklarının xarici öhdəliklərinin mart ayında azalması manatın məzənnəsinin artması ilə bağlıdır. Aprel ayında dolların məzənnəsinin sabitləşməsi səbəbindən isə bankların xarici öhdəliklərinin çox dəyişməyəcəyi proqnozlaşdırılır.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et