Azər Türk Bank daha bir innovativ filialını istifadəyə verdi | Banco.az

Azər Türk Bank daha bir innovativ filialını istifadəyə verdi

Dövlət bankı Azər Türk Bank özünün xidmət şəbəkəsini genişləndirməkdə davam edir.

Bank “Rəqəmsal X” adlanan filialını müştərilərinin ixtiyarına verib.

Müasir tipli bu yeni ofis paytaxtın Nəsimi rayonu ərazisində, Bankın əsas binasının yaxınlığında, Akademik Həsən Əliyev küçəsi, 10F ünvanında yerləşir.

Bankın digər rəqəmsal ofislərində olduğu kimi, bu filialda da xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur, müştərilərə kreditlər və ödəniş kartlarının əldə edilməsi daxil olmaqla müxtəlif bank xidmətləri göstərilir.

Burada kiçik və orta biznes nümayəndələrinə bizneslərini inkişaf etdirmək və müxtəlif layihələrin maliyyələşdirilməsi üçün əlverişli şərtlərlə kreditlər təklif edilir.

Həmçinin müştərilər bu filialda təmassız əməliyyatları dəstəkləyən yeni nəsil terminal və ATM-lər vasitəsilə kart hesabları üzrə əməliyyatları 7/24 rejimində yerinə yetirə biləcəklər. 

Qeyd edək ki, Azər Türk Bank bu il ərzində üç, ümumən son dövrdə on innovativ filialını müştərilərin ixtiyarına verib.

Ən sərfəli kredit üçün müraciət et

Bankın qurduğu ekosistem, yenilənən xidmət şəbəkəsi vasitəsilə, ən müasir sistemləri, xidmət və məhsulları təqdim etməyə imkan verir.

Azər Türk Bank öz fəaliyyətini günün tələbinə, müasir dünyanın meyarlarına tam uyğunlaşdırmaqla müştərilərə xidmətin keyfiyyətinin daha da artırılması istiqamətində işlərini davam etdirir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.