Azərbaycanın milli aviadaşıyıcısı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) sentyabrın 20-dən etibarən Pakistana müntəzəm uçuşlar yerinə yetirməyə başlayır.
Bu barədə AZAL-dan bildirilib.
Reyslər Pakistanın paytaxtı İslamabad, eləcə də onun ən böyük şəhərləri - Lahor və Kəraçiyə həyata keçiriləcək.
Bakıdan İslamabada uçuşlar çərşənbə və şənbə günləri, Lahora bazar ertəsi və cümə günləri, Kəraçiyə isə cümə axşamı və bazar günləri həyata keçiriləcək.
report
Bizi sosial şəbəkələrdən izləyin!!