AZAL Mərkəzi Asiyanın ən gözəl şəhərlərindən birinə aviareys açır | Banco.az

AZAL Mərkəzi Asiyanın ən gözəl şəhərlərindən birinə aviareys açır

"Azərbaycan Hava Yolları" (AZAL) 2 apreldən başlayaraq Almatıya həftədə iki dəfə birbaşa aviareyslər yerinə yetirəcək.

Bu barədə AZAL məlumat yayıb.

"Almatı - Zailiyski Alatau dağlarının ətəyində yerləşən və yaşıllığa qərq olmuş Mərkəzi Asiyanın ən gözəl şəhərlərindən biridir. Almatıda olarkən həm şəhəri, həm şəhər ətrafında yerləşən Çarınskiy kanyonu, Böyük Almatı gölü, Medeo və Çimbulak kimi təbii gözəllikləri ziyarət etməyi unutmayın",- məlumatda deyilir.

Ən sərfəli kredit üçün müraciət et

marja

Ən sərfəli krediti almaq üçün müraciət et