Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2024-cü ildə investisiyalarını 26 faiz artırıb.
Banco.az xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2024-cü ildə investisiyalarının əvvəlki illə müqayisədə 26% artaraq 16,6 milyard avroya (17,1 milyard dollar) çatdığını açıqlayıb.
Bu artımın Ukraynadakı layihələr və yaşıl maliyyələşdirmənin genişlənməsi sayəsində olduğu bildirilib.
AYİB prezidenti Odile Renaud-Basso Türkiyənin ötən il də bankın ən çox investisiya yatırdığı ölkə olaraq qaldığını, onu Ukrayna, Misir, Polşa və Özbəkistanın izlədiyini qeyd edib.
AYİB ötən il maliyyələşdirdiyi 584 layihənin 75%-dən çoxunun özəl sektora yönəldiyini açıqlayıb. Bundan əlavə, AYİB-dən kənar mənbələrdən təmin edilən ümumi investisiya məbləği 26,7 milyard avroya çatıb.
Renaud-Basso, "Ukraynaya göstərilən dəstək ötən illə müqayisədə artıb" deyərək əlavə edib: "Digər mühüm komponent isə yaşıl investisiyalardır. Özbəkistan və Misir kimi ölkələrdə bərpa olunan enerji mənbələrini inkişaf etdirmək və bu sektora investor cəlb etmək üçün müxtəlif strategiyalar üzərində intensiv işlər aparmışıq."
Bizi sosial şəbəkələrdən izləyin!!