Avtovağzallarda bu şəxslərə bilet satılmayacaq - RƏSMİ | Banco.az

Avtovağzallarda bu şəxslərə bilet satılmayacaq - RƏSMİ

Oktyabrın 1-dən avtovağzallardan rayonlara və Bakıya səyahət edən sərnişinlərdən COVID-19 pasportu tələb ediləcək.

Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

O bildirib ki, bununla bağlı bütün avtovağzallara tapşırıq verilib: "Bilet satışı zamanı sərnişindən COVID-19 pasportu tələb olunacaq. Pasportu olmayan sərnişinə bilet satılmayacaq".

N.Allahyarova bildirib ki avtovağzallarda və avtobuslarda olan sərnişinlərin COVID-19 pasportunun olub-olmamasını yoxlamaq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətində deyil: "Bunun üçün əlaqədar qurumlar var, nəzarəti onlar həyata keçirəcək. Biz tapşırıq vermişik ki, rayonlara getmək istəyən, lakin COVID-19 pasportu olmayan sərnişinlərə bilet satılmasın. Əgər əlaqədar qurumların yoxlaması zamanı COVID-19 pasportu olmayan sərnişin aşkarlanarsa, bu barədə tərəfimizdən müvafiq tədbir görüləcək".

Ən sərfəli kredit üçün müraciət et

Trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et