Avtomobillərin icbari sığortası üzrə yığımlar 141 mln. manata çatır | Banco.az

Avtomobillərin icbari sığortası üzrə yığımlar 141 mln. manata çatır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 140 mln. 787 min manat olub. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, yığımlar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 708 min manat və ya 4.2% artıb. 

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə 2023-cü ilin eyni dövrünə nisbətən 28.6% və ya 23 milyon 436 min manat artaraq 105 mln. 348 min manata yüksəlib. 

Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımların məbləği 135 mln. 79 min manat, ödənişlərin məbləği isə 81 milyon 912 min manat olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram