Müəllif: Tamara Mustafayeva, Banco.az
Oktyabr ayında Avstraliyada inflyasiya səviyyəsi gözlənildiyindən daha çox azalıb.
Banco.az xəbər verir ki, Avstraliyanın istehlak qiymətləri indeksi oktyabr ayına qədər olan 12 ay ərzində 4,9 faiz artıb.
İqtisadçılar əvvəlki ayda 5,6 faiz olan göstəricinin 5,2 faizə enəcəyini proqnozlaşdırmışdılar.
Ümumi inflyasiya 2022-ci ilin yanvar ayından bəri ən aşağı səviyyədə hesab edilən 4,8 faiz təşkil edib.
Avstraliya Statistika Bürosunun (ABS) açıqladığı məlumatlara görə, ən çox qiymət artımı mənzil, qida və alkoqolsuz içkilər, eləcə də nəqliyyat sektorunda müşahidə olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!