Avrozonada texniki tənəzzül başlayıb | Banco.az

Avrozonada texniki tənəzzül başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozona iqtisadiyyatı texniki tənəzzül dövrünə qədəm qoyub.

Banco.az xəbər verir ki, Avrozona Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin təsirindən enerji qiymətlərinin bahalaşmasından sonra qış aylarında mümkün olan ən mülayim tənəzzüllə üzləşib.

Avropa Statistika Təşkilatının (Avrostat) cümə axşamı günü yenidən nəzərdən keçirdiyi məlumatlara görə, 20 ölkədən ibarət Avrozona ilin birinci rübündə 0,1 faiz kiçilib. Bu, 2022-ci ilin son rübündə müşahidə olunan daralma ilə eyni nisbətdədir.

Qeyd edək ki, analitiklər ilin əvvəlində region ölkələrində istehsalın durğunlaşdığını proqnozlaşdırmışdılar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et