Avrozonada 7,8 milyard avroluq ticarət kəsiri qeydə alındı | Banco.az

Avrozonada 7,8 milyard avroluq ticarət kəsiri qeydə alındı

Müəllif:Mehin Qasımova,Banco.az

Avropa Statistika İdarəsi (Eurostat) may ayı üçün Aİ və Avrozonanın beynəlxalq ticarət məlumatlarını dərc edib.

Banco.az xəbər verir ki, Aİ-nin ixracı may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 215,7 milyard avroya, idxal isə 10,8 faiz artaraq 227,8 milyard avroya çatıb. Aİ-nin həmin ay ticarət kəsiri 12,1 milyard avro təşkil edib. Ötən ilin may ayında Aİ-nin ticarət profisiti 12,7 milyard avro olub.

Aİ-nin ticarətindəki dəyişiklik enerji məhsullarındakı kəsirin artması və maşınqayırma, nəqliyyat vasitələri və kimyəvi maddələr kimi məhsulların artıqlığının azalması ilə əlaqədardır.

Avrozonada ixrac may ayında illik müqayisədə 0,1 faiz artaraq 243,6 milyard avroya, idxal isə 10 faiz artaraq 251,4 milyard avroya çatıb. Nəticədə, Avrozonada may ayında 7,8 milyard avroluq ticarət kəsiri qeydə alınıb. Keçən ilin may ayında 15 milyard avroluq ticarət profisiti müşahidə olunub.

May ayında Aİ ölkələrindən ən çox idxal edən ölkələr ABŞ (40,8 milyard avro), Böyük Britaniya (29,9 milyard avro), İsveçrə (19,9 milyard avro), Çin (15,5 milyard avro) və Türkiyə (8,5 milyard avro) olub.

Eyni dövrdə Aİ-yə ən çox ixrac edən ölkələr Çin 46,3 milyard avro, ABŞ 32,9 milyard avro, Böyük Britaniya 14,5 milyard avro, İsveçrə 12,5 milyard avro, Norveç 10,2 milyard avro və Türkiyə 8,5 milyard avro ilə ixrac edib.