Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozona iqtisadiyyatı ikinci rübdə əvvəlki rüblə müqayisədə 0,3 faiz artıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) 2024-cü ilin ikinci rübündə Avropa İttifaqı (Aİ) və Avrozona ÜDM-i üzrə aparıcı məlumatları yeniləyib.
Məlumatlar göstərir ki, 20 üzvlü Avrozonada mövsümi təsirlərdən kənarlaşdırılmış ÜDM 2024-cü ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 0,3 faiz artıb. Proqnozlar 0,2 faiz artım istiqamətində idi.
Avrozonada ÜDM ikinci rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 0,6 faiz artıb. İqtisadçıların proqnozları 0,5 faiz artıma işarə edirdi.
Qeyd edək ki, İspaniyada dərc edilən ayrı bir hesabatda inflyasiyanın enerji və ərzaq qiymətlərinin aşağı düşməsi səbəbindən iyul ayında gözləniləndən çox zəifləyərək 2,9 faizə çatdığı əks olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!