Avropanın ən böyük nüvə reaktoru fəaliyyətə başlayıb | Banco.az

Avropanın ən böyük nüvə reaktoru fəaliyyətə başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Finlandiyada Avropanın ən böyük nüvə reaktoru fəaliyyətə başlayıb.

Banco.az xəbər verir ki, Finlandiyada 1600 meqavat gücündə Avropanın ən böyük nüvə reaktoru olan “Olkiluoto 3” bir gün əvvəl istismara verilib.

“Olkiluoto 3” keçən ilin dekabrında müntəzəm elektrik enerjisi istehsalına başlamalı olsa da, aylarla davam edən istehsal sınaqları səbəbindən gecikmələr olmuşdu. 16 aprel tarixində istifadəyə verilən reaktorla Finlandiya elektrik enerjisinin 50 faizdən çoxunu nüvə enerjisindən qarşılamağa başlayacaq. Yeni reaktor ən azı 60 il elektrik enerjisi istehsal gücünə malik olacaq.

Finlandiyanın qərb sahilindəki Olkiluoto atom elektrik stansiyasının reaktoru Fransa-Almaniya Areva-Siemens konsorsiumu tərəfindən tikilib. Daha əvvəl də 2009-cu ildə istifadəyə verilməsi planlaşdırılan reaktorun istismara verilməsi tikinti xərclərinin artması səbəbindən gecikmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Finlandiya Rusiyaya enerji idxalını azaltmaq üçün nüvə enerjisindən istifadəni artırmağı hədəfləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et