“Avropada tətbiq edilən dörd günlük iş rejimi Azərbaycanda da effektiv ola bilər” – Murad Calalov | Banco.az

“Avropada tətbiq edilən dörd günlük iş rejimi Azərbaycanda da effektiv ola bilər” – Murad Calalov

Bir müddətdir Almaniyada 4 günlük iş həftəsi sınaqdan keçiriləcəyi bağlı məlumatlar var.Bildirilir ki, dörd günlük proqram artıq fevralın 1-dən test rejimində istifadəyə verilib. Bununla da, yüzlərlə müəssisənin işçiləri maaşını tam saxlamaqla hər həftə əlavə istirahət günü əldə edəcək.

Məsələ barədə daha ətraflı olaraq Almaniyada fəaliyyət göstərən Almaniyanın "Commerz" Bankının Maliyyə və Riskin İdarə olunması şöbəsinin aparıcı mütəxəssisi, iqtisadçı Murad Calalovla danışdıq.

Banco.az-a açıqlamasında Murad Calalov bildirib ki, proqram artıq Niderlandda müəyyən qədər reallaşıb:

“Avropada yaşayan insanlar,  həmişə işlə bərabər, istirahətlərinə, sağlamlıqlarına, xüsusi  vaxt ayırırlar. Hesab edirəm ki,  dörd günlük iş sisteminin bütün iş sahələrinə, insanların  yaşayış sisteminə daxil edilməsi zamanla olacaq. Hazırda əsas məsələ bunun tam olaraq qəbul edilməsidir.

Hazırda Avropada iş saatı ümumi 40 saat olmaqla həftədə beş gün səkkiz saat təşkil edir. Dörd günlük iş rejiminə keçmək üçün isə bütün sistem dəyişməlidir.

Almaniyada bunun  qəbulu  hələki müzakirə mərhələsindədir. Çünki bir çox şirkətlər iş saatlarını aşağı salsa da, beş gün ərzində işləmək istəyəcəklər. Daha çox bu şirkətlərin sahibləri digər ölkələrdən Avropa gələnlərdir. Onlar üçün həftədə beş gün olmaqla, amma bir qədər qısaldılmış iş saatı rejimi daha maraqlı görünür. Bu da onların iş mədəniyyəti ilə bağlı anlayışdır”.

Dünyanın bir çox ölkələrində, Rusiyada, Avropanın özündə bizim milləti daha çox  çalışqan kimi tanındığını ifadə edən Murad Calalov hesab edir ki, dörd günlük iş rejimi normal hesab olunardı:

“İnsan beyni fiziki və zehni fəaliyyətdən asılı olmayaraq yorulduqda, bu, onun məhsuldarlığına da təsir edir. Hazırda dünyanın bir çox yerlərində dörd günlük iş rejimi normal sayılsa da, burada diqqət yetiriləsi məqamlar çoxdur. Bu sistem tətbiq ediləcəyi təqdirdə onun insanların gəlirlərinə təsir edib-etməyəcəyi də müzakirə mövzusudur. Azərbaycanda gəlirlər aylıq maaşa, Avropda isə saata görə hesablanır. Yəni Azərbaycanda işçilərin gəlirlərinə təsir etməyəcəyi təqdirdə 4 günlük iş həftəsi münasib ola bilər”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram