Avropa Mərkəzi Bankı növbəti faiz endiriminə imza atıb | Banco.az

Avropa Mərkəzi Bankı növbəti faiz endiriminə imza atıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankı (ECB) proqnozlara uyğun olaraq faiz dərəcələrini endirməyə qərar verib.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) bu ilin ikinci faiz endirimi qərarını verib.

Bank overnayt depozit faizini 3,75 faizdən 3,50 faizə endirib. 

Bank həmçinin uçot dərəcəsi və marjinal maliyyələşdirmə şərtlərində də texniki düzəlişlər edib.

Bu düzəlişlə əsas yenidən maliyyələşdirmə dərəcəsi və marjinal maliyyələşdirmə şərti qeyri-adi nisbət olan 60 baza bəndi azalaraq müvafiq olaraq 3,65 faiz və 3,90 faizə endirilib. Beləliklə, depozit faizi ilə əsas yenidən maliyyələşdirmə faizi arasındakı fərq 50 baza bəndindən 15 baza bəndinə endirilib.

Depozit faizləri ilə marjinal kredit faizləri arasındakı fərq isə 25 baza bəndində sabit qalıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, qərar mətni ilə birlikdə bankın iqtisadi proqnozları da açıqlanıb. Müvafiq olaraq, ECB orta inflyasiyanı 2024-cü ildə 2,5 faiz, 2025-ci ildə 2,2 faiz və 2026-cı ildə 1,9 faiz səviyyəsində proqnozlaşdırıb. Bu proqnozlar iyun ayında verilən proqnozlarla eyni səviyyədə qalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et