Müəllif:Mehin Qasımova,Banco.az
Avropa Təhlükəsizlik Fəaliyyəti (SAFE) mexanizmi çərçivəsində Avropa İttifaqı (AB) və Fransa arasında təxminən 15,09 milyard avro dəyərində kredit müqaviləsi imzalanıb.
Banco.az xəbər verir ki, saziş Avropanın aparıcı müdafiə sərgilərindən biri olan "Eurosatory 2026" çərçivəsində Fransanın paytaxtı Parisdə keçirilən mərasimdə rəsmiləşdirilib.
Mərasimdə çıxış edən Aİ-nin Müdafiə üzrə Komissarı Andrius Kubilius SAFE proqramının Avropa müdafiə sənayesinin gücləndirilməsində və Avropanın müdafiə sahəsində strateji müstəqilliyinin artırılmasında mühüm addım olduğunu bildirib.
Kubilius SAFE-in Aİ tərəfindən müdafiə sahəsində həyata keçirilən ən böyük maliyyə təşəbbüslərindən biri olduğunu qeyd edib və proqram çərçivəsində Avropada 150 milyard avro maliyyələşdirmənin təmin ediləcəyini xatırladıb.
Avropa Komissiyası Fransa üçün maksimum 15,09 milyard avro kreditin nəzərdə tutulduğunu və bu məbləğin təxminən 2,26 milyard avrosunun əvvəlcədən maliyyələşdirmə kimi təmin ediləcəyini açıqlayıb.
Oxşar qərarlar əvvəllər Belçika, Bolqarıstan, Kipr Yunan Administrasiyası (GCA), Danimarka, İspaniya, Xorvatiya, Portuqaliya, Rumıniya, Estoniya, Yunanıstan, İtaliya, Latviya, Litva, Polşa, Slovakiya, Finlandiya və Çexiya üçün də verilmişdi.
