Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu 62 %-dən çox artıb | Banco.az

Azərbaycanın informasiya-rabitə sektoruna investisiya qoyuluşu 62 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın informasiya və rabitə sektoruna 211,1 milyon manat investisiya qoyulub.

 Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 62,3 % çoxdur.

Bu sektora yatırılan investisiyaların ölkə iqtisadiyyatına investisiya qoyuluşunda payı 3,2 % təşkil edib.

2025-ci ildə sektora investisiya qoyuluşu 373,6 milyon manat olub. Bu, 2024-cü illə müqayisədə 46,7 % azdır.