Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2026-cı ilin yanvar-may aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 1 073,4 kiloqramı qızılın, 1 575,9 kiloqramı isə gümüşün payına düşüb.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, qızıl istehsalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17,3%, gümüş istehsalı isə 6,6% azalıb.
İyunun 1-nə olan vəziyyətə əsasən, ölkədə 73,9 kiloqram hazır qızıl, 474 kiloqram hazır gümüş ehtiyatı var.
Bizi sosial şəbəkələrdən izləyin!!
