Azərbaycanda 5 ayda 1600-dən çox minik avtomobili istehsal edilib | Banco.az

Azərbaycanda 5 ayda 1600-dən çox minik avtomobili istehsal edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-ci ilin yanvar-may aylarında Azərbaycanda 1 677 ədəd minik avtomobili, 342 ədəd yük avtomobili istehsal edilib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 18.3% (375 ədəd) azalıb, yük avtomobili istehsalı isə 7.8 dəfə artıb.

    Cari ilin iyun ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 261 ədəd minik, 11 ədəd isə yük avtomobili təşkil edib.

    Qeyd edək ki, Azərbaycana bu ilin yanvar-may aylarında 542,3 milyon dollar dəyərində 26 805 ədəd avtomobil idxal edilib.

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram