Avropa İttifaqı fermerlərə avans ödənişlərini artırıb | Banco.az

Avropa İttifaqı fermerlərə avans ödənişlərini artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) üzv ölkələrdə fermerlərə verilən avans ödənişlərinin dərəcəsini artırıb.

Banco.az xəbər verir ki, Aİ Komissiyası üzv ölkələrin Ümumi Kənd Təsərrüfatı Siyasəti (CAP) çərçivəsində fermerlərinə daha yüksək ödənişlər etmək səlahiyyətinin olduğunu açıqlayıb.

Açıqlamada Aİ fermerlərinin xüsusilə son illərdə məhsuldarlığa təsir edən ekstremal hava hadisələri, Avropa maliyyə bazarlarında yüksək faiz dərəcələri, kənd təsərrüfatı məhsullarının və əmtəə qiymətlərinin yüksək olması kimi səbəblərdən likvidlik problemi yaşadığına diqqət çəkilib. Qeyd olunub ki, fermerlərə CAP fondlarından daha yüksək avanslar verilə bilər.

Açıqlamada xatırladılıb ki, normal şəraitdə fermerlər birbaşa ödənişlərinin 50 faizindən əvvəlcədən istifadə edə bilərlər. Bildirilib ki, bu nisbət oktyabrın 16-dan birbaşa ödənişlərin 70 faizinə çatdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamada qeyd olunub ki, kənd yerlərinin inkişafı və heyvandarlıq sahələrində avans ödənişləri 75 faizdən 85 faizə yüksəlib.

Xatırladaq ki, Aİ Kovid-19 pandemiyasının baş verdiyi 2020-ci ildə oxşar təcrübə ilə fermerlərə dəstək vermişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et