Bu həftə avronun ucuzlaşması, İngiltərə parlamentində Breksit sesvermələri və qızılda bahalaşma diqqət mərkəzində olacaqdır.
EUR
Avropa mərkəzi bankının faiz artımı siyasətini ərtələməsi qərarından və iqtisadi proqnozlarını aşağı salmasından sonra avronun qiyməti 1.12$-a kimi ucuzlaşdı. Təhlillərə əsasən, dünya birjalarında 1.12$-ın üzərində ticarət edilən EUR/USD məzənnəsi, 1.1175$-ı aşağı istiqamətdə qırarsa, 1.1119$-a kimi ucuzlaşa bilər.
Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 14:00-da Avrozonanın inflyasiya ilə bağlı açıqlanacaq önəmli göstəriciləri də investorların diqqət mərkəzindədir.
GBP
GBP/USD məzənnəsi də ucuzlaşaraq 1.30$-ın altında ticarət edilməkdədir və bu səviyyənin altında qaldıqca, 1.29$-a kimi də ucuzlaşa bilər.
Bununla yanaşı, İngiltərə parlamentində çərşənbə axşamı Breksit sazişi, çərşənbə günü sazişsiz Breksit və cümə axşamı Breksit vaxtının dəyişdirilməsi səsverməsinin keçirilməsi nəzərdə tutulur və nəticələr maliyyə bazarlarında böyük dalağalanmalara səbəb ola bilər.
TRY
Türkiyə valyuta birjalarında isə dolların qiyməti 5.49TL-yə kimi bahalaşdıqdan sonra 5.44TL-yə kimi korreksiya edib və 5.46TL-nin üzərində möhkəmlənərsə, 5.49 və 5.54TL-yə kimi bahalaşa bilər.
Çərşənbə günü saat 15:00-da yayımlanacaq Türkiyə mərkəzi bankının toplantı protokolu da böyük maraqla gözlənilməkdədir.
OIL
Avropanın Brent markalı neftinin qiyməti bahalaşaraq, 66$-a ticarət edilməkdədir və 66.32$-ın üzərində möhkəmlənərsə, 67.69$-a kimi də dəyər qazana bilər.
Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.
GOLD
Əlvan metallar bazarlarında qızıl qiymətləri yenidən bahalaşmağa başlayıb. Belə ki, keçən həftənin maksimum səviyyələri ətrafında ticarət edilən qızılın bir unsiya üzrə qiyməti, 1297$-ın (41.7 $/qram) üzərində möhkəmlənərsə, 1312$-a (42.2 $/qram) kimi də dəyər qazana bilər.
İnvestAz