Avrokomissiya Aİ ölkələrini səyahət məhdudiyyətlərinin tətbiqinə hazır olmağa çağırıb | Banco.az

Avrokomissiya Aİ ölkələrini səyahət məhdudiyyətlərinin tətbiqinə hazır olmağa çağırıb

Avropa İttifaqı (Aİ) ölkələri koronavirusun "omikron" ştammı ilə bağlı səyahət məhdudiyyətlərinin tətbiqinə hazır olmalıdır.

Bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Aİ üzv ölkələri regiona girişlərin məhdudlaşdırılması üzrə birgə strategiyanı davam etdirməlidir.

Eyni zamanda, ölkələr mümkün səyahət məhdudiyyətlərinin tətbiqinə hazır olmalıdır.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun Afrikanın cənubunda aşkar edilmiş В.1.1.529 ştammını "narahatlıq doğuran variant" hesab edib. Bir sıra ölkələr Afrikanın cənubundan uçuşları dayandırıb.

trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et