Avqust ayında cibimizə təsir edən hadisələr | Banco.az

Avqust ayında cibimizə təsir edən hadisələr

Avqust ayında Azərbaycanlıların maliyyə durumuna təsir edən başlıca hadisələr

Manatın dəyəri

Neftin qiymətinin aşağı düşməsi manatı, təzyiq altında saxlasa da, ikinci devalvasiyadan avqustda yayınmaq mümkün oldu. Lakin manat avroya qarşı xeyli ucuzlaşdı ki, bu da yayın son ayında Avropaya sayahət edənlərin büdcəsinə təsir etməyə bilməzdi.

Manatın avqust ayı ərzində qiymət dəyişikliyini burada izləyə bilərsiniz.

Avqust ayında Manat və digər valyutalar

İnflyasiya və qiymətlərin yüksəlməsi

Avqust ayında inflyasiya haqqında xəbərlər, o cümlədən ərzaq və gündəlik tələbat mallarının qiymətinin kəskin artması ilə bağlı məlumatlar gündəmi zəbt etdi. İnsanlar artıq bunu böhranın müjdəçisi kimi qiymələndirməyə başladı. Məhz indi hamı, vəziyyətin necə gərgin olduğunu sanki dərk etdi. “bizi çətin vaxtlar gözləyir” – düşüncəsi formalaşdı.

Qiymətləri ilk olaraq qaldıran şirkətlərdən biri “Prokter & Gembl Azərbaycan Servisləri” MMC-dir. Bu MMC-yə məxsus məhsulların qiymətləri 35 faiz qaldırılıb.

Qeyd edək ki, “Prokter & Gembl Azərbaycan Servisləri” MMC bazara “Oral-B Pro-flex” diş fırçası, “Duracell” batareyası, “Ariel” yuyucu tozu, “Blend-a-med Pro-expert” diş məcunu, “Pampers” və bir çox məhsullar çıxarır.

Qiymətləri yüksəldən şirkətlər sırasında, “Azərsun” Holdinq, “Milla” və “Avrora” kimi brendlər də var.

Beləliklə, inflyasiya cibimizdəki gəlirləri azaldan ən böyük  faktor olacaq. Bu haqda daha ətraflı...

Bank sektorunda ixtisarlar  

İyul ayında komisyonların 1% həcmində məhdudlaşdırılması və kreditlərə faiz tavanının tətbiq edilməsi öz nəticələrini artıq avqust ayında göstərməyə başladı. Devalvasiyadan sonra onsuz da zəif düşmüş banklar, potensial gəlirlərinin bir hissəsindən də məhrum oldular. Bu da onları xərclərini optimallaşdırmağa və ixtisarlar aparmağa sövq edir.

Amma sektordakı ixtisarların səbəbi təkcə böhran deyil. Məsələn, “Bank Technique” son dövrlərdə notariat kontorları və Bakı Metropoliteni ilə əməkdaşlığın dayandırılması ilə əlaqədar, həmin müəssislərlə işləyən strukturlarında bir sıra ixtisarlar aparıb.

Ən sərfəli kredit üçün müraciət et

İndiyə qədər bankirlər ən çox qazanan və xərcləyənlər idi, indi isə sektorda vəziyyət ürəkaçan görünmür.

Kreditlər ucuzlaşsa da, daha əlçatmaz olur

Bir müddət öncəyə qədər müştirələr bankı tətbiq etdiyi kredit faizlərinə görə seçirdisə, getdikcə bu meyar kreditin əlçatma səviyyəsi ilə əvəz olunmuşdu. Yəni müştərilər onları daha tez yola salan, daha az sənəd tələb edən, zaminsiz və girovsuz kredit verən banklara üz tuturdu.

Təbii ki, baş verən devalvasiya 2012-2014-cü illərin kredit bumunu göyə sovurdu.

Mərkəzi Bank isə kreditlərin verilməsi qaydalarının sərtləşməsində israrlıdır.

Beləliklə Mərkəzi Bankın İdarə Heyətinin 13 avqust 2015-ci il tarixli iclasında qəbul edilmiş “Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik” istehlakçıların aylıq borc yükünün onların gəlirlərinə uyğunluğunun müəyyənləşdirilməsini nəzərdə tutur. 

Əvvəllər kredit götürmək istəyən müştərindən ancaq maliyyə vəziyyətini təsdiq edən sənəd tələb olunurdu və kreditin məbləği barədə bank müstəqil qərar verirdi. Ancaq indi ayrılacaq kreditin məbləği müştərinin gəlirlərindən birbaşa asılı olacaq və bank onu istədiyi qədər artıra bilməyək. Bu haqda daha daha ətraflı...

Tətil və təhsil haqqı xərcləri

Avqust ayı bəlkə də çoxlarına istirahət üçün son şans idi. Ona görə də il ərzində işləyən insanlar qazandıqlarını bu bir ayda xərcləməkdən çəkinmədilər.

Digər tərəfdən  məhz bu ayda çoxları tələbə adını qazanmış və təhsil alacaqları məkanı müəyəyn etmişlər.

Ona görə ödənişli əsaslarla təhsil alanların təhsil haqqlarını ödəmələri və dərslərin başlanmasından öncə edilən alış-verişlər cibimizə təsir edir. Amma bu məsrəflərin sentyabrda pikə çatacağını gözləmək olar.

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et