Müəllif: Gülnar Əhmədli, Banco.az
"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC bu ilin yanvar-sentyabr ayları ərzində 30.3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın oktyabr sayına istinadən xəbər verir ki, bu, 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə 12.3 milyon ABŞ dolları və ya 28.9% azdır.
Qeyd edək ki, "Azərpambıq" 2024-cü ilin yanvar-sentyabr aylarında ixracdan 42.6 milyon ABŞ dolları gəlir əldə etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
