Azərbaycan qızıl ixracından 238 mln. dollar gəlir əldə edib | Banco.az

Azərbaycan qızıl ixracından 238 mln. dollar gəlir əldə edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 238 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Qızıl ixracından qazancımız illik müqayisədə 122,7 milyon dollar və ya 2,1 dəfə artıb.

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Məlumata görə, təkcə sentyabr ayında ixrac edilən qızılın dəyəri 27,4 milyon dollar olub ki, bu da ötən ilin sentyabrına nisbətən 8,6 milyon dollar və ya 45,7% artım deməkdir. 

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan 165.3 mln. ABŞ dolları dəyərində, 2023-cü ildə isə 121.5 milyon ABŞ dolları dəyərində qızıl ixrac etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram