Avqust ayında Manat və digər valyutalar | Banco.az

Avqust ayında Manat və digər valyutalar

Avqust ayı manat üçün heç də asan keçmədi. Bütün dünyada neft qiymətinin mənfi rekordlar qırması manatı daima təzyiq altında saxladı. Lakin, AMB gözlənilən devalvasiyadan avqust ayında hələ ki, yayınmağa müvəffəq olub.

Əgər manatın dollar və avroya qarşı məzənnə dəyişikliklərini nəzərdən keçirsək, əslində avqust ayı ərzinə manatı dollara deyil, avroya nisbətdə böyük qiymət dəyişikliklərinin yaşadığının şahidi olarıq.

Əgər avqustun üçündə 1 avro 1,15 qəpik idisə, avqustun 25-də bu rəqəm 1,21-ə yüksəlmişdir.

Əgər avqustun 3-də, 1 dollar 1,0493 qəpik təşkil edirsə, ayın sonunda bu rəqəm 1,0479 qəpiyə enmişdir. Təbii ki, bu rəqəm AMB-nin müdaxiləsi olmadan mümkün olmazdı.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin EUR-USD cütlüyünün bir-birinə qarşı məzənnə dəyişikliyini də nəzərdən keçirmək maraqlı olar.

Bununla yanaşı avqust ayı ərzində bir çox valyutalar devalvasiyaya uğradı.

Onlardan biri isə Qazaxıstan təngəsi oldu. Ölkə rəhbərliyi üzən məzənnəyə keçidlə bağlı məlumat verdikdən sonra, valyuta dollara nisbətdə dəyərini 26% dəyər itirdi.

Daha öncə, avqustun 11-də Çinin qəbul etdiyi devalvasiya qərarını da unutmayaq. Çin valyutası 3 gün ərzində dəyərinin 4,6% itirdi. 

Bunu isə USD-CNY cütlüyünün hərəkətində daha aydın müşahidə etmək olar.