"Audi"nin Brüssel fabriki yenidən fəaliyyətə başlayacaq | Banco.az

"Audi"nin Brüssel fabriki yenidən fəaliyyətə başlayacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Audi” şirkətinin Brüssel fabriki yenidən fəaliyyətə başlayacaq.

Banco.az xəbər verir ki, “Audi”nin Brüssel fabrikinin rəhbərliyi həmkarlar ittifaqı nümayəndələri ilə aparılan danışıqlar nəticəsində razılıq əldə olunduğunu və obyektin gələn həftə yenidən fəaliyyətə başlayacağını açıqlayıb.

Açıqlamada fabrikin kuzov və rəngləmə şöbələrində sentyabrın 17-də istehsala başlanılacağı, tamamlanan avtomobillərin distribütorlara göndəriləcəyi, sentyabrın 18-dən isə bütün şöbələrin istifadəyə veriləcəyi qeyd edilib.

Həmkarlar ittifaqları tərəfindən verilən açıqlamada bildirilib ki, müqavilə çərçivəsində işçilər işə qayıtmadıqları 9-13 sentyabr həftəsi üçün əmək haqlarını fasiləsiz alacaqlar.

Qeyd edək ki, alman avtomobil istehsalçısı “Volkswagen Group”a məxsus “Audi” markası iyul ayında tələbin azalması səbəbindən lüks seqmentli elektrik avtomobil modeli Q8-in istehsal edildiyi və təxminən 3 min insanın işlədiyi Brüsseldəki fabrikində struktur yenilənməsi ediləcəyini, sözügedən modellərin istehsalının Meksikada davam etdiriləcəyini açıqlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram