“AtaSığorta” ASC “Mən işimi bilirəm!” müsabiqəsinə start verdi! | Banco.az

“AtaSığorta” ASC “Mən işimi bilirəm!” müsabiqəsinə start verdi!

2014-cü ildə öz fəaliyyətinin 10 ilini tamamlayan “AtaSığorta” ASC, bu yubileyini öz işini bilən və iddialı peşəkarlarla qeyd edir. 

Şirkətin bu 10 ildə keçdiyi yola nəzər salsaq, Azərbaycan və beynəlxalq sığorta bazarındakı iri şirkətlərlə əməkdaşlıq etməsi ilə yanaşı, 2007-ci ilin yekunlarına görə “İlin Sığorta şirkəti” nominasiyası üzrə “Uğur” Milli Mükafatına layiq görülməsini, gənclərlə səmərəli iş fəaliyyətinə görə 2010-cu ildə “Gənclərin Dostu” Milli Mükafatını qazanmasını, 2010-cu ilin yekunlarına görə “Nüfuz və Etibar” nominasiyası üzrə “Azeri Business Award” Milli Mükafatını əldə etməsini, 2012-ci ildə sığortaçılığın inkişafına verdiyi töhfəyə görə “ Uğur” Milli Mükafatına layiq görülməsini və onlarla digər belə böyük nailiyyətləri sıralamaq olar.

“Bugün. Birlikdə. Sabahımız üçün.” sloqanı altında aparılan və mövzusu real insanların real həyatlarından götürülən yubiley imic kampaniyasının ilk mesajı müxtəlif real peşə sahiblərinin şəkilləri və onlardan sitatlarla hazırlanmış çöl reklamları ilə verilmişdi. Daha sonra həmin insanlarla çəkilmiş videoreportajların əsasında hazırlanmış 5 ədəd video çarx ilə davam etdirilən bu kampaniya vasitəsilə “AtaSığorta” ASC cəmiyyətə hər bir peşənin və insanın əhəmiyyətliliyi mesajını verməkdədir. Sığortaçı obrazı AtaSığorta brendini təmsil edir və onun timsalında öz işini dərk edərək yerinə yetirdiyini göstərir.

Bu imic kampaniyanın məntiqi nəticəsi olaraq və onun daha geniş auditoriyanı əhatə etməsi və daha çox insanın bu hərəkatın iştirakçısına çevrilə bilməsi üçün “AtaSığorta” ASC 10 oktyabr 2014 tarixindən etibarən işini bilən və iddialı insanları cəmiyyətə tanıtmaq, onlara dəstək olmaq və önə çıxarmaq məqsədilə “Mən işimi bilirəm!” adlı kampaniyaya start verir. 10 noyabr 2014 tarixinədək davam edəcək kampaniya haqqında bu işin təşəbbüskarı və yaradıcısı olaraq “AtaSığorta” ASC marketinq departamenti açıqlama verib:

“Mən işimi bilirəm!” kampaniyası bütün Azərbaycanı əhatə edəcək böyük bir müsabiqədən ibarətdir və ölkədəki öz işini bilən və iddialı olan 16 yaşı tamam olmuş bütün insanlar bu kampaniyada iştirak edə bilərlər. İştirakçılardan “Mən işimi bilirəm!” mövzusunda maksimum 60 saniyəlik video göndərmələri tələb olunur. Müsabiqənin sonunda göndərilmiş bütün videolar arasından münsiflər heyəti tərəfindən 3 nominasiyada qaliblər seçiləcək və hər bir qalib 1000 AZN məbləğində mükafatlandırılacaq.

Ən sərfəli kredit üçün müraciət et

  1. Ən inandırıcı video – Qalib “AtaSığorta” ASC marketinq departamenti tərəfindən seçiləcək.
  2. Ən yaradıcı video – Qalib Uptime Marketinq Agentliyi heyəti tərəfindən seçiləcək.
  3. Ən baxımlı video – Qalib “AtaSığorta” ASC-nin rəsmi facebook səhifəsində paylaşılan videolara gələn bəyənmə sayına əsasən müəyyənləşəcək.

Qaliblərin mükafatlandırılması müsabiqənin bitiminin elanından dərhal sonra baş tutacaq.

Bundan əlavə, göndərilən videoların arasından daha çox maraq doğuran və ümumilikdə ölkənin inkişafı üçün əhəmiyyətli ola biləcəyi ehtimal olunan videoların müəlliflərinin seçilərək onların arasından bir neçəsi haqqında ətraflı video-reportajların çəkilməsi də nəzərdə tutulur.

Müsabiqə haqqında kampaniyanın www.ishimibilirem.az ünvanlı rəsmi veb səhifəsində tam ətraflı məlumat yerləşdirilib və izahat videosu yayımlanıb.

www.ishimibilirem.az/video

10 illik yubileyə həsr olunan reklam kampaniyasında da peşəkar insanların fikirlərinə istinad edən AtaSığorta gələcək onilliklərdə də cəmiyyətin bütün insanları ilə birgə hərəkət etməyi və Azərbaycanın daha gözəl gələcəyi naminə bugün, birlikdə, sabahımız üçün çalışmağı özünə hədəf seçmişdir.