"Atabank" ilə "Unionpay International Co." arasında əməkdaşlıq sazişi imzalanıb | Banco.az

"Atabank" ilə "Unionpay International Co." arasında əməkdaşlıq sazişi imzalanıb

Bu gün Bakıda "Atabank" ASC ilə dünyanın aparıcı ödəniş sistemlərindən biri ilan "Unionpay International" şirkəti arasında birgə əməkdaşlıqa dair müqavilə imzalanıb.

Birgə tərəfdaşlıq razılaşmasına əsasən, AtaBank bankomat və POS-terminallarında UnionPay kartları vasitəsi əməliyyatlar keçirmək mümkün olacaq. 

Müqaviləni "Atabank"ın İdarə Heyətinin sədri Dəyanət Quliyev, "Unionpay International Co."-nun biznesin inkişafı üzrə baş direktoru Vanq Lixin (Wang Lixin) imzalayıblar.

"UnionPay" dünyanın 162 ölkəsində fəaliyyət göstərir. Kartlarının ümumi sayı 5 mlrd.-dan artıqdır. Bunlardan 70 milyonu Çin sərhədlərindən kənarda, dünyanın 40 ölkəsində emissiya olunub.

Ən sərfəli kredit üçün müraciət et

Unionpay International Co."-nun biznesin inkişafı üzrə baş direktoru Vanq Lixin bildirib ki, əməkdaşlıq sazişi "Bir Kəmər, Bir yol" strategiyasının tərkibi kimi gerçəkləşir və bu üzdən Çin Azərbaycan ilə əməkdşalığa böyük əhəmiyyət verir. 

Qeyd edək ki, Çin “Bir kəmər - bir yol” adlı yeni iqtisadi inkişaf strategiyasını 2013-cü ildə elan edib. Avrasiya ölkələri arasında qarşılıqlı əlaqələrin nizamlanmasına və müvafiq infrastruktur yaradılmasına yönəlmiş bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: İpək Yolu iqtisadi kəməri və Dəniz İpək Yolu. Söhbət malların güzəştli şərtlərlə Şərqdən Qərbə birbaşa göndərilməsi üçün ticarət dəhlizi yaradılmasından gedir.

Ən sərfəli krediti almaq üçün müraciət et