ASA jurnalistlər üçün yazı müsabiqəsi elan edir | Banco.az

ASA jurnalistlər üçün yazı müsabiqəsi elan edir

Azərbaycan Sığortaçılar Assosiasiyası jurnalistlər arasında “Risklərin idarə edilməsində sığortanın rolu” mövzusunda yazı müsabiqəsinə start verdi.

ASA-dan verilən məlumata görə, bu yazı müsabiqəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair” Memorandumu çərçivəsində təşkil olunur.

Qurumdan bildirilir ki, yazı müsabiqəsində I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq 1000, 750, 500 manat məbləğində pul mükafatları və sertifikatlar təqdim olunacaq.

Yazı müsabiqəsinin şərtləri aşağıdakı kimidir:

  • Müsabiqə 1 dekabr 2021-ci il tarixdə başlayır və 2022-ci ilin 10 yanvar tarixdə saat 17:00-da başa çatır;
  • Müsabiqədə yalnız qeyd olunan dövr ərzində mərkəzi və regional elektron və çap mediasında dərc olunan məqalələr iştirak edə bilər;
  • Müsabiqədə iştirak edən məqalələr “Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Risklərin idarə edilməsində sığortanın rolu” mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb” epiqrafı ilə dərc edilməlidir;
  • Müsabiqədə iştirak edən yazılar ən az 3000, ən çox isə 5000 işarədən ibarət olmalıdır;
  • Müsabiqə iştirakçısı müsabiqəyə məqaləni mətn faylında (word) təqdim etməli həmçinin məqalənin dərc olunduğu qəzet və ya jurnalın bir nüsxəsini və ya skan edilmiş elektron variantını, elektron KİV-də yerləşdirilmiş yazının isə linkini göstərməklə saytdan çıxarılmış “print screen” versiyasını ASA-nın rəsmi e-mail ([email protected]) adresinə göndərilməlidir;
  • Müsabiqədə I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq 1000, 750, 500 manat məbləğində pul mükafatları və sertifikatlar təqdim olunacaq;
  • Müsabiqə üçün təqdim olunmuş yazıların qiymətləndirilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun nümayəndələrindən təşkil olunmuş münsiflər heyəti tərəfindən həyata keçiriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et