Artıq "LinkedIn"də də planlaşdırma funksiyası olacaq | Banco.az

Artıq "LinkedIn"də də planlaşdırma funksiyası olacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“LinkedIn” post planlaşdırma funksiyasını sınaqdan keçirməyə başlayıb.

Banco.az xəbər verir ki, bu yaxınlarda “Instagram” platformasının postları planlaşdırma funksiyası üzərində işlədiyi məlum olmuşdu. İndi isə işgüzar konteksti ilə tanınan “LinkedIn” platforması oxşar addımı atmağa hazırlaşır.

Bu barədə platformaların sınaq mərhələsində olan yeni funksiyalarını aşkara çıxarıb “Twitter”də yayımlaması ilə tanınan Nima Owji yazıb.

O qeyd edib ki, sözügedən funksiyaya  Android və Web versiyası vasitəsilə əlçatandır. Həmçinin bildirilib ki, “LinkedIn”in sınaqdan keçirməyə başladığı bu yeni funksiya istifadə baxımından “Facebook”un yazı planlaşdırmasına oxşardır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et