Artıq 20 bank elektron arayış əsasında kredit verir | Banco.az

Artıq 20 bank elektron arayış əsasında kredit verir

"Elektron Arayışlar"xidməti istər siravi vətəndaşlar, istərsədə bizneslər üçün xeyli səmərəyə malikdir. Artıq ölkənin əsas bankları bu arayışlardan istifadəni öz işinin tərkib hissəsinə çevirib. Hazırda, bir neçə bank və kredit təşkilatı daxili işlərin sadələşdirilməsi, müştəri rahatlığının təmin olunması məqsədilə operativ vasitə olan elektron arayışlardan istifadə edir.

Avqust ayı ərzində “Elektron hökumət” portalının təqdim etdiyi elektron arayışlardan 49 886 dəfə istifadə olunub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, “Elektron hökumət” portalında cəmi bir ildir yaradılan “Elektron arayışlar” xidməti vasitəsi ilə artıq vətəndaşlar 9 növ arayışı dövlət qurumuna getmədən portaldan asanlıqla əldə edə bilirlər.

Hazırda 20-yə yaxın bank və bir neçə kredit təşkilatı bu xidmətdən faydalanaraq kreditləşmə əməliyyatlarını həyata keçirirlər.

Vətəndaşlar portal üzərindən e-arayışları formalaşdıraraq banklara və  kredit təşkilatlarına təqdim edərək vaxt itirmədən rahat və şəffaf şəkildə istəklərinə nail olurlar.

Elektron arayış sisteminin istifadə edərək vətəndaşlar bir sıra üstünlüklər əldə etmiş olacaq:

-Sutkanın 24 saatı, günün istənilən vaxtında banka onlayn kredit alma müraciətinin göndərilməsi imkanı;

-Vətəndaşlar üçün vaxt itkisini aradan qaldırılması və rahatlığın təmin edilməsi;

-Bürokratik proseslər ləğv edilməsi;

-İşlədiyi müəssisədən arayışın alınmasına zərurətin yaranmaması;

-Çalışdığı müəssə rəhbərliyinin işcinin kredit götürməsi haqqında məlumatlandırılmasına ehtiyacın olmaması.

Kredit əməliyyatlarının aparılması prosesində e-arayışları tətbiq edən bankların siyahısını təqdim edirik.

Access Bank

Ən sərfəli kredit üçün müraciət et

AG Bank

Amrahbank

Azərbaycan Beynəlxalq Bankı

Azərbaycan Sənaye Bankı

Bank of Baku

Bank BTB

Bank Respublika

Bank Standard

DəmirBank

Express Bank

Kapital Bank

NBC Bank

Mugan Bank

Nikoyl Bank

Parabank

Unibank

Rabitəbank

TuranBank

Yapı Kredi Azərbaycan