Aqrar sahədə fəaliyyət göstərən sahibkarlara dövlət dəstəyi davam etdirilir | Banco.az

Aqrar sahədə fəaliyyət göstərən sahibkarlara dövlət dəstəyi davam etdirilir

İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə Şəmkirdə sahibkarlarla keçirilən işgüzar forumda Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 24 sahibkara Sahibkarlığın İnkişafı Fondu tərəfindən 831 min manat güzəştli kredit verilib.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, kreditlər heyvandarlıq, əkinçilik, çörək istehsalı, taxıl tədarükü və un istehsalı sahələrinin inkişafına yönəldiləcək. Qeyd edilib ki, bu ilin əvvəlindən 592 sahibkarın ümumi dəyəri 197,6 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 55 milyon manat güzəştli kredit verilib, həmin investisiya layihələrinin reallaşdırılması 2200-dən çox yeni iş yerinin açılmasına imkan yaradıb.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et