"Apple"ın Bulud Xidmətləri üzrə vitse-prezidenti avtomobil nəhənginə transfer olunub | Banco.az

"Apple"ın Bulud Xidmətləri üzrə vitse-prezidenti avtomobil nəhənginə transfer olunub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“General Motors” avtomobildə proqram təminatı işlərinə rəhbərlik etmək üçün “Apple” şirkətinin Bulud Xidmətləri üzrə vitse-prezidenti Mayk Abbottu işə götürüb.

Banco.az xəbər verir ki, yeni nəsil texnologiyaların inkişafı, innovasiya tempinin artması və elektriklə işləyən nəqliyyat vasitələrinə keçidlə birlikdə avtomobil sənayesində rəqəmsal transformasiya gün keçdikcə daha da sürətlənir. Odur ki, Amerikanın aparıcı avtomobil şirkəti “General Motors” da idarəçi transferini texnologiya nəhəngi “Apple”dan həyata keçirib.

Şirkət avtomobildaxili proqram təminatı işlərinə rəhbərlik etmək üçün “Apple”ın mühəndislik üzrə vitse-prezidenti Mayk Abbottu işə götürdüyünü elan edib. Abbott “General Motors”un bütün proqram ekosisteminə cavabdeh olan komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, Mayk Abbott avtomobil nəhənginin proqram təminatının işlənib hazırlanmasında və istehlakçı və kommersiya müştəriləri üçün gəlir gətirən rəqəmsal xidmətlərin qurulması işlərində xidmət göstərəcək. O, GM prezidenti və baş direktor Meri Barra hesabat verəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram