“Apple”dan maraqlı xəbərdarlıq: Cihazınızı düyü ilə qurutmayın! | Banco.az

“Apple”dan maraqlı xəbərdarlıq: Cihazınızı düyü ilə qurutmayın!

Müəllif: Gülnar Əhmədli, Banco.az

İllərdir ki, smartfon istifadəçiləri cihazlarını təsadüfən suya düşürdükdən sonra həll yolu kimi bir düyüdən istifadə edirlər. Suya düşmüş telefonu düyünün içinə atmağın rütubəti çıxaracağı düşünülür. 

Bəs “Apple” bu barədə nə deyir?

Texnologiya nəhəngi “Apple”ın dəstək xidməti öz açıqlamasında “iPhone”u düyüdə qurutmağın düzgün olmadığını bildirib.

“Apple” müştərilərə su altında qalmış “iPhone”ları düyünün içərisinə qoymaqdan çəkinməli olduqlarını deyir. Bunun səbəbi düyü hissəciklərinin rütubətlə içəri çəkilmə riskinin olmasıdır. Çünki, bu, daxili komponentlərə zərər verə bilər.

Düyüdən istifadə etmək əvəzinə “Apple” islanmış “iPhone”u yaxşı havalandırılan yerdə qurutmağı tövsiyə edir. Telefonu əlinizə yumşaq bir şəkildə vurmaq da portlara daxil olmuş mayeni çıxarmağa kömək edə bilər. Şirkət həmçinin onu ən azı 30 dəqiqə quru yerdə saxlamağı tövsiyə edir. Cihazda nəmlik davam edərsə, gözləmə müddətini bir günə qədər uzatmalı ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

“Apple” bildirib ki, cihazı qurutmaq üçün istilik mənbələrindən və sıxılmış havadan istifadə etmək olmaz. Şirkət həmçinin pambıq çubuqları kimi yad əşyaların cihazın giriş portuna daxil edilməməsi barədə xəbərdarlıq edib. Çünki bütün bu fəaliyyətlər suyu daha da içəri itələyə bilər.

Qeyd edək ki, hazırda əksər “iPhone” və digər smartfonlar suya davamlı olsa da, mayenin tam qurudulmaması zamanla problemlər yarada bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et